Xəstə gəlib çıxdı xəstəxanaya,Həkimə söylədi dərdini bir-bir,Məlul-məhzun baxıb umdu həkimdən,Faydalı bir əlac, xeyirli tədbir...

Xəstə dedi: həkim, başım dağılır,Tez bir çarə qılın, mənə, amandır!Xəstənin yüz ona çatıbdır yaşı,Həkim söylədi ki, bu həştaddandır!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri