Təbiət böyükdür, əzəmətlidir,Qəlbində saxlayır min sirr, min hikmət...İnsanla əl-ələ verdiyi zaman,Daha da qüdrətli olur təbiət...

Yaradan olmuş əsirlər boyu,Möcüzələr dolu neçə əsərin.Ondan öyrənmişik... odur memarı,İlkin sənətkarı gözəlliklərin.

Ölçüsü-biçisi təbiət olmuşBizim ataların, dostun, tanışın,Onların dilindən düşməmiş bir günArzusu baharın, qayğısı qışın...

Qürurum dağların zirvəsindədir –Onunla köklənib könlümün simi.Səsim ağ çayların gur səsindədir –Mən ondan almışam ilkin dərsimi.

Pərəstiş edirəm təbiətə mən,Sonra görən, bilən danlayar məni...Dilim təbiətə bir az yaxındır,Danışsam təbiət anlayar məni.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri