Bilir
Dənliyi dolanda bülbül oxuyur,“Səni axtarıram, hardasan, gülüm?”Ağrı hiss edir o tikan batanda,Lakin heç yadına düşməyir ölüm.
Ömrünün sonunu düşünmür insan,Azca o yatdımı, oldumu xəstə.Elə bil hiss edir – hərdənbir duyur,Ölüm qılıncını başının üstə.
Bütün canlıların əşrəfi insan,Bir bunda bədbəxtdir – bəlkə təkdir o.Vaxtını bilməyir, lakin dünyadan,Bilir əzəl-axır köçəcəkdir o.
Kitabxana.az · https://kitabxana.az/works/osman-sarivelli-bilir
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Vətən eşqinə
Ay ellər, bir məni dinləyin barı,Endirin dağlardan tez ilxıları!
Bu dünya durduqca duracaqsınızSən, ey buludların bağrını yaran,Tutqun üfüqlərdə qan tək qızaran,
Şairin hədiyyəsiBizim ev hazırlıq aparır bu gün,Bir işlə məşğuldur ailə bütün.
Bahar çiçəkləriBahardır... gün dəyir, yer nəfəs alır,Ötür həzin-həzin meşədə quşlar.