Sən, ey buludların bağrını yaran,Tutqun üfüqlərdə qan tək qızaran,Zülmətlər içində açılan səhər!

Sən, ey səngərləri sıçrayıb keçən,Süngünün, qılıncın sıx meşəsindənDüşmənin üstünə şığıyan kəhər!

Sən, ey səməndimin yarı, yoldaşı,Döyüş meydanında sədəfli qaşı,Sinəmin qanilə bəzənən yəhər!

Sən, ey başdan-başa alışıb yanan,Yerbəyer məhv olan, təslim olmayanAğır bombalarla dağılan şəhər!

Sən, ey od içindən çıxıb müzəffər,Volqa sahilindən Berlinə qədər,Qırmızı bayrağı daşıyan əsgər!

Bu qızıl xətlərlə yazıram sizi,Hərəniz tarixdən bir yarpaqsınız –Bu dünya durduqca duracaqsınız!..

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Təbiət və bahar