Məhəbbət
Uzun qərinələr keçir dalbadal,Dəyişir təbiət, dəyişir xəyal.Dayaz bir göl olur dənizlər bəzən,Meşələr quruyur, bitir yenidən.Qocalır dünyanın torpağı, daşı,Qar kimi ağarır insanın başı.Bu cahan mülkündə, cahan bağında,Bu qoca dünyanın gen qucağındaBəzən matəm olur, bəzən toy-düyün,Təqvimdən bir varaq cırılır hər gün.Ey dost, sözlərimi unutma ki sən,Gedir dəqiqələr ömürdən-gündən.Könül kitabını tez ara, axtar,Bir gör ölməyəcək sənin nəyin var?Söylə, nə vermisən şerə, sənətə,Nə qoyub gedirsən, bəşəriyyətə?..
Dolanır həftələr, dolanır aylar,Uçur xanimanlar, uçur saraylar,Dağılır taxti-tac, gedir ehtişam,Çaylar məcrasını dəyişir tamam.Dalğalar sahili döyür əsəbi,Coşur insanların kini, qəzəbi.Qapılar təpiklə qopur hasardan,Zalım padşahlar asılır dardan.Paslı zəncirləri biləklər açır,Taxtı, səltənəti şah qoyur, qaçır...Keçir qoşun kimi sənələr bir-bir,Aləmdə nə varsa hər şey dəyişir.Dəyişir səmtini Ay, Günəş, ulduz...Bir şey dəyişməyir, dünyada yalnız
Sizi düşündürən o sirr, o hikmət,O böyük həqiqət, o böyük qüvvət.Nə malım, nə mülküm, nə dövlətimdir.O mənim xalqıma məhəbbətimdir!..
Təbriz, dekabr, 1941
Kitabxana.az · https://kitabxana.az/works/osman-sarivelli-mehebbet
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
(Səməd Vurğuna)Bakı... geniş meydan... qızmar yay günü...
Qocalıqdaİtirdiyi illər düşür yadına,Qoca hesablayır təsbehlə bir-bir.
Qocalığın qazancıSəadətdir cavanlıq, çalışın, qocalmayınAğsaqqalın güdməyin qazancını, nəfini.
Köçüb gedibdirKöhnə oylağımı gəzirəm, ancaqAxşamdır, hər yana qaranlıq çökür.