(Səməd Vurğuna)

Bakı... geniş meydan... qızmar yay günü...Axır alınlardan puçur-puçur tər.De, kimi görməyə bunlar tələsir,Kimlərdir buraya axıb gələnlər?

Bağda, dayanmısan elə bil bu an,Dostlar, tanışlar da öz yanındadır.Çəkilib qaşların çəkili yaytək,Yenə xəyal quşu asimandadır.

Ellər görüşünə gəlibdir, ey dost!Belə əziz günü unutmaq olmaz!Tərlan qanadlıdır sənin ki, təbinFürsəti fövt etmə, qələm götür yaz!

Yenə eyni təmkin, eyni vüqarlaGəlib söykənirsən bir çinara sən.Şairə xas olan bir iftixarla,Deyirsən öz odlu nəğmələrindən.

Heykəl qoyulmayır hər bir ölənə,Olsa da qondarma şöhrəti, adı...Belə yer, belə bağ, belə gül-çiçəkÇoxuna, əlbəttə, nəsib olmadı.

Göylərə qaldırdın xalqın adını,Sən onu dünyaya tanıtdın bütün.Bizim elimiz də qədir biləndir;Sənin heykəlini qaldırır bu gün.

Sərraf sədəf kəsir zər üzərində –Onun əli usta, işi təmizdir.İnsan əməyinin mahir sərrafıBizim partiyamız, dövlətimizdir.

Baxıb abidənə özün kənardan,Mənalı gözlərin görürəm gülür.Sözləri almazla yonubsa hər kim,Onun da heykəli tuncdan tökülür.

Ekiz doğulmadın, bilirəm bunu,Deyəcək sözüm var, bir məni dinlə:Üz-üzə, göz-gözə dayanıbsınız,Di buyur tanış ol, özün-özünlə!

Vurur fəvvarələr, çimir söyüdlər;Kim qıyar çiçəklər saralsın, solsun.Özün fəxrimizsən, qoy heykəlin dəGözəl Bakımıza yaraşıq olsun!

“Köçdüm bu dünyadan” desən düz olmazHər arzun yaşayır, əməlin durur.Təkcə bu deyildir sənin abidən,Milyon ürəklərdə heykəlin durur!

Günəşə nərdivan qoyan bu ölkəm,Bu xalqım daha da boy atacaqdır,Sənət abidəsi, – söz xəzinəniNəsildən-nəsilə yaşadacaqdır!18 iyul, 1961

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri