Əsirgəməzdim
İllərin, ayların əlində ömrümBir yol titrəmədi, bir yol əsmədi.Bu günə, sabaha baxdı inamla,Eldən ümidini bir an kəsmədi.
Dünyada faydalı, dəyərli nə var,Toplamaq istədim yeri düşəndə,Səadəti üçün mən öz xalqımın,Öyrənmək istədim düşmənimdən də.
Qalan illərimi bilmək istədim,Dedim o neçə qış, o neçə yazdır?Qaytarmaq istədim sənə borcumu,Baxıram, bir ömür nə qədər azdır.
Tayın, bərabərin yoxdur, ey Vətən!Neçə ölkə gəzdim, neçə el gəzdim.Yüz ömrüm olsaydı verər büsbütün,Səndən bir günümü əsirgəməzdim.
Kitabxana.az · https://kitabxana.az/works/osman-sarivelli-esirgemezdim
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Bizim ev hazırlıq aparır bu gün,Bir işlə məşğuldur ailə bütün.
Bahar çiçəkləriBahardır... gün dəyir, yer nəfəs alır,Ötür həzin-həzin meşədə quşlar.
Ala çinar(Yaralı şairin dəftərçəsindən)Ala çinar! Şeir yazdım sinənə,
Sünbül və at nalı(Bir əsgərin dilindən)Biçinçi qardaşım, elə biç ki, sən
Başqa şairlərin şeirləri · Vətən
Qaşlarının tağınıBənzətdim kamana, Pəri!
Şübhənmi var?Ey könül, dar-i fənadan köçməyə şübhənmi var,Ol əcəl cami-şərabın içməyə şübhənmi var,
GərəkdirAşıq olub, tərki-vətən olanın,Əvvəl, başda pür kamalı gərəkdi.
Mürəbbə: Quberniya bina olandan bəriQuberniya bina olandan bəriOğrunun hər biri bir xanə dönüb