Bir haqsızlıq edibsən,Ey təbiət danma gəl.Bunu indi bilirsən,Gərək biləydin əzəl.

Nə yamanlıq görmüşdün,Nə idi sənin qəsdin.Ölüm haqda bizi də,Bir çibinə tay etdin.

Niyə gördün belə birHaqsızlığı aləmdə?Kiçik böcək də ölür,Mütəfəkkir alim də.

Adam bilir önündəUzaq-yaxın ölüm var.Narahatdır hər zaman,Onu sıxır qayğılar.

Xoşbəxtdir, yaratmısanVar elə canlılar, var.Qarşısında ölümü,Görməyib yaşayanlar.

Bir gör necə ağırdır,İnsan üçün özün bax.Əmanət olduğunu,Bilə-bilə yaşamaq.

De, həm kədər, həm fərəhSığışarmı bir cana?Ya ölüm verməyəydi,Ya da şüur insana.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Ölüm