Bəxtəvər başına bulud, ay bulud!Qorxusuz-hürküsüz səmalarda sən,Gah şərqə, gah qərbə çıxıb gedirsən...Gah qərbə, gah şərqə çıxıb gedirsən...

Xoşbəxtdir göylərə yüksələ bilən...Gözlədim hörməti, ləyaqəti mən.Ömrümdə ya qəsdən, ya da ki, səhvən,Bir kəsin haqqını itirməmişəm.

Deyərdim bir sözü hər səhər, axşam,Gərək dağlar aşam, zirvələr aşam.Neçə yazım qalıb hələ natamam –Yüzlərcə şerimi bitirməmişəm.

Gözlədiyim o gün gələcək hökmən,Necə köçüm gedim, deyin indidən?Bu azad yurdumun təbrikini mən,Cənublu dostlara yetirməmişəm...

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri