Sağalıb deyirdim, qövr edir yenəİncidir o köhnə yaralar məni.Mərəzim tapılmaz, dərindədir çox,İstər min yerimdən yaralar məni.

Şair, yaz ərzimi, mən deyim, sən yaz!Səyyadam, seydimə bələdəm bir az –Yarın müjgan oxu heç boşa çıxmaz,Atdınmı, sinəmdən yaralar məni.

Gedər, əl kiridir, dövlət də, var da...Durmaz məzəndəsi heç bir qərarda –Gah baha qiymətə satar bazarda,Gah ucuz qiymətə yar alar məni.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq