(Aran köçü)

Gəldi payız fəsli, saraldı, solduƏlvan çiçəkləri xalı dağların.Oynaşır başında qara buludlar,Yaxşı görünməyir halı dağların.

İndi yavaş-yavaş duman alçalır,Yel vurur, hər kalış min hava çalır.Yetim uşaq kimi kimsəsiz qalır,Yamacı dağların, yalı dağların.

Dünyanın işləri sığmaz kamala,Kim bilir sabaha kim ölüb-qala?Barı-barxanalı düşübdür yolaMələşə-mələşə malı dağların.

Çıxıb kəlləsinə Maymağın qarıTa burda qalmağın yoxdur uyarı,Qaynar bulaqları, axar sularıYenə də özündə qalı dağların.

Demədim dağlarda boran yaxşıdır.Yaradan yaxşıdır, quran yaxşıdırSarı buğda verən aran yaxşıdır!Vaxtı keçdi bu vəfalı dağlarınQazmayurd, 1926

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Təbiət və bahar