Ahəngər deyiləm, naşı bəzirgan,Gözüm dürdanədə, a yəməndədi.Sinəmdədi eşqin şirin çeşməsi,Ləzzəti meyl edib ay əməndədi.

Bir sazım var, yox pərdəsi, nə simi,Onu çalıb, kim tərpədər nə simi?!.Firdovsi, Füzuli, Hafiz, Nəsimi–Onlar da yazdığı, ayə, məndədi.

Kişi gərək zəhmət çəksin, dər salsın,Süfrə açsın, ad qazansın, dər salsın.Dərsi azlar Ələsgərdən dərs alsın,Altı min altı yüz ayə məndədi.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Təbiət və bahar