Ay sinə, sinə
İbtida "əlif"dən dərsimi aldım,Oxudum yetişdim ay "sin"ə, "sin"ə.Nəkreyin sualın yadıma saldım,Nə deyim gedəndə ay sinə, sinə?
Ovsunçular əllərinə mar alı,Zənbur fəmə şaqayıqdan mar alı,Kamil ovçu yəqin görüb maralı,Gedir bərəsinə ay sinə-sinə.
Ələsgərəm, sənə ərzim budu, ağa,Yuyar qəssal, qəddim bükər budu, ağa.Məcnun könlüm-məskən salıb bu dağa,Müştaqdı Leylinin ay sinəsinə.
Kitabxana.az · https://kitabxana.az/works/elesger-ay-sine-sine
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
Qorxuram ki qala bu həsrət canda,Əs, ey canım, bad-i-murad, əs indi,
O gün kim həsrət ilə ol büti-zibadan ayrıldımO gün kim həsrət ilə ol büti-zibadan ayrıldım,Qalıb bir surəti-bihiss kimi mənadan ayrıldım.
Təcnis: Ey əbrusi kaman müjgani xədəngEy əbrusi kaman, müjgani xədəngDurubsan qəsdimə yarağıla sən
BağışlaQul xətasız olmaz, ağa, kərəmsiz,Ağa, məni o Mövlaya bağışla,