O sərxoş yerişin, o sallanışınYetirdi dərdimi a yüzə tək-tək.Camalın şoxundan ağlım dağıldı,Əfşan eylə zülfün ay üzə tək-tək.

Məskən saldım astananda, dərində,Dost bağını becərin də, dərin də.Gövhər olar dəryalarda dərində,Onu qəvvas çəkər ay üzə tək-tək.

Ələsgərin az ömrünü üz, Gilə!Sona sənsən, dəryalarda üzgilə†.Bir salxımda peyvəst olub üz‡ gilə,Kamil bağban gərək ay üzə tək-tək.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri