Özümə yetikdir
İnsanın könlündə məhdud deyildirMənalı ömür-gün, şirin, xoş niyyət,Təəssüf, hər zaman qismət olmayırUzun həyat yolu, ağ gün, səadət.
Özünün varını əsirgəmədi,Bir mələk bəxş etdi təbiət mənə.Fərəhlə, sevinclə nail olumuşamÜrəyim sevənə, könlüm deyənə.
Neçəsini özüm yola salmışam,Köçübdür dünyadan neçə tay-tuşum.Qocalıq mənim də tutub yaxamdan –Özümdə deyildir heç əqlim, huşum.
Nigaran deyiləm, lakin sabahdan,Gözəl ailəm var – oğlum, qızım var.Sarsılmaz qalamdır arxamda mənim,Mənəvi qüdrətim, gücümdür onlar.
Xalqımla yaşadım mənən hər zaman.Müdam qəlbimdədir yaxşı insanlar.Xoşa gələn varsa yazdıqlarımdan,Çox güman məni də sevənlər olar.
Kitabxana.az · https://kitabxana.az/works/osman-sarivelli-ozume-yetikdir
← → düymələri ilə keçid, R — təsadüfi şeir