(Təbrizli deyirdi)

Dolaşıram ArazınOt basmış sahilində.Onun dərdli günündə,Onun ağır ilində.

Qulağıma uzaqdanGələn qumbara səsi,dərdə salıbdır məni.Səbəbkara min lənət!Niyə topa tutulsunBir millətin vətəni?

Arzulara nə çatarArzular qanadlıdır.Təbrizdəyəm xəyalənGözəl güllü-çiçəkli,xiyabanında onunŞeirlər deyirəm mən.Kaş ki, görə biləydimGedib səni, ey vətən!..

Özüm burda olsam daÜrəyim o taydadır.Görün mən nə haydayam,Bu dünya nə haydadır?

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Vətən