Aşığın ayrılıq mahnısı
Bürüdü elləri yenə dərd, ələm,Aşığın kədəri başından aşdı.Dedi – Bu yerlərdə qala bilmərəm.Vəfalı sazını götürüdü qaçdı...
Qaldı yadigarı öz sirdaşında...Yandırdı simləri qəlbinin odu.Uca bir qayanın durub başında,Sədəfli sazını çaldı, oxudu:
“Ay ellər, qəlbimi sökdü dağ-düyün,Dəmir pəncərədən boylanan hər gün –Ağırdır bir məhbus tarizən üçün,Mizrab ayrılığı, tar ayrılığı.
Duyar kədərimi, düşünsə hər kim,Mənim dağlar qədər böyükdür dərdim.Zülmə, işgəncəyə yenə dözərdim,Hər şeydən ağırdır yar ayrılığı...”
Ey aşıq, duyuram dərdini sənin,Alovlar içində yanır vətənin.Lakin diləkləri sarsıtmaq olmaz,Nə qədər bir ucdan düşsə qırhaqır...
Bu gün döşündəki o sədəfli saz,Sabah da əlində əyri qılıncdır.İgidlər silahla göstərdi hünər,Oxu! Səs verəcək səsinə ellər.
Aşıq dostum, inan xalqın gücünə,Bu gün boz dağlara çəkilsən də sən –Onun qüdrətiylə, əliylə yenəSabah öz yurduna tez dönəcəksən!Təbriz, aprel, 1942
Kitabxana.az · https://kitabxana.az/works/osman-sarivelli-asigin-ayriliq-mahnisi
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · Vətən
Aşıq olub, tərki-vətən olanın,Əvvəl, başda pür kamalı gərəkdi.
Elə gəlsinDərdlərimi dağlara qoy deyim, dilə gəlsin,Qoy səsləyim, şikayət səsim bu elə gəlsin.
AğlayıbBir cavan ölübdü qürbət diyarda,Vətənin torpağı, daşı ağlayıb.
Aşıq “Yanıqlı”nın bayatılarındanAğ şanı, qara şanıSənə bərabər hanı?