İllər
Köhnə il düşür yolaƏziz dostlar, buyurunYeyin, nuş can olsunYeni ilin aşını.
Hər gün bilir ömrünü,Hər ay bilir yaşını.Yola salır hörmətlə,Hər il öz sirdaşını.
Köhnələcək bu il də,Yeni bir il gələcək.O da həmən bu ilin,“Sən köhnəlibsən”, – deyəAtacaqdır daşını.
Heç kəs deyil əbədi –Köçüb gedir adamlar.Ev qalır, oymaq qalır,Ömürdən gedir – deyə.Bizə də bu günləri,Sonralar saymaq qalır.
Kitabxana.az · https://kitabxana.az/works/osman-sarivelli-iller
← → düymələri ilə keçid, R — təsadüfi şeir