Bir tanış varaqladıMənim yazdıqlarımı.Dedi: – Barı bunlarınBizə bir xeyri varmı?

– Qanana xeyirlidir,Faydalıdır həqiqət.Geniş qanadlı olurQüdrətli şeir, sənət.

Heç kəs doğulmamışdırYerdə sürünmək üçün.Mən şeri yazmayıramGözə görünmək üçün.

Mənim bu yazdıqlarımSərraf olsa bilərdi.Yarı insan eşqidir,Yarı da insan dərdi

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri