Uzun müddət çalışdım,Yüz fəsilli bir kitabÜzərində işlədim.

Ağlı, qaralı gündəGah güldüm öz ömrümə,Gah ağladım, inlədim.

Hələlik yazdıqlarımOnun bircə fəslidir –Qeyd olunubdur hər gün.

Doxsan doqquz fəsliniAparıram özümlə,Vaxtsız ölənlər üçün.

Bilirəm, soracaqlarOrda yatanlar məndən,– Qonşu, tez ol, danış, din!

Biz tez köçdük, barı sənBizdən sonra dünyadaNə gördün, nə eşitdin?

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Hikmət və nəsihət