Gözəlim, mən hara, aşıqlıq hara,Bu sazı çaldıran sən olmadınmı?Öz gizli eşqimi, pünhan dərdimi,Aləmə bildirən, sən olmadınmı?

Alnında gah günəş, gah qara duman,Hərdən gülər üzlü, hərdən pərişan,Yaralı qəlbimi bəzən ağladan,Bəzən də güldürən, sən olmadınmı?

Nizə kirpikləri “qana-qan” deyən,Qoşa hörüklərə “cüt ilan” deyən,Bir gündə min dəfə mənə can deyən,Min dəfə öldürən, sən olmadınmı?

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq