Yenə
Qara bulud, nə alıbsan üstümü? –Küləklər dalından götürər yenəBölük-bölük edib qovar o ki var –Səni bu dünyadan itirər yenə!
Mənim də öz gücüm, öz qüdrətim var,Yetər harayıma xəzri, gilavar.Gələr bürər-bükər səni parçalar,Dağların dalına ötürər yenə!
Çəkil qara duman, etdiyin yetər.Yanarsan, ahımdan getməsən əgər,Bir namə yazmışam, çatar bu günlər –Dərdimi dilbərə yetirər yenə!
Xoşdur öz yurdumun isti nəfəsi –Xəzərin, Arazın, Kürün nəğməsi.Geyib al donunu səhər müjdəsi,Yarımdan bir xəbər gətirər yenə!
Sənə çəkil dedim, çəkil, a zalım!Gedim, nə görmüşəm, burda mən qalım?!Gün doğan ellərə şahin xəyalımMəni şəhpərində götürər yenə!
Dilbərim, yerini çəkirəm inan,Adını çəkmədim, adına qurban!Hüsnünə yüzlərcə söz qoşub Osman,Bir şeir də bu gün bitirər yenə!Krım, Koktebel, 7 oktyabr, 1959
Kitabxana.az · https://kitabxana.az/works/osman-sarivelli-yene
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · Vətən
Kalvayı Məhəmməd ağa, gördü düşüb dara vətən,Kömək yoxdu, arxa yoxdu, qalıb baxtı qara vətən,
Deyibsiz yəni gəlləm gəldi bir belə xəbər, Vaqif!Deyibsiz yə’ni gəlləm gəldi bir belə xəbər, Vaqif,Xilaf idi bu sözlər bəs, peşimanmı məgər Vaqif?
SındırarMaymaq uşaq əzəl başdan bəllənər,Ev sirrini qonşulara qandırar,
Öyün, millət!O gün millət ki əltafı olub şövkətli sultanın,Hilalın haləsi qılsın əhatə türk övtanın.