Bağçadır bir yanımız,İçi güllü, çiçəkli.Bir yanda bostanımız,Yemişli, xəlvirəkli.Bağçamız aşıb daşır,

Meyvələr ağırlaşır,Şirə yığır özünə.Əyilir gündən-günə.Ağacların budağı.Almaların yanağıQızarıb nara dönmüş,Şirin nübara dönmüş.Budaqlar əyib yıxır,Heyvalar tükdən çıxır.Çoxdan dərilmiş xiyar,Saralır göy qovunlar.Hulu dolur, sulanır,Xuni qarpız zağlanır.Bir tağın altına bax:Şamama zolaq-zolaq,Xal açır öz tağında..İlin payız çağında.Nə istəsə uşaqlar,Bizim bağçamızda var.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Təbiət və bahar