Böyüklük ucalıq, əzəmət, vüqarMüdam heyran edir, insanı heyran!Bəlkə ona görə xəyalpərəstlər,Göylərə boylanır yerdən hər zaman?..

Onların məskəni göylər olsaydıBaxıb deyərdilər: “Nə gözəldi yer!Ey yerlər tanrısı, qırıldıq, bizə,Bir ovuc torpaq ver, bir ovuc su ver!”Nalçik, avqust, 1966

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri