Qara torpaq
Bu yaxşı cəhətdir, unutmayırsan –Görürəm gəlirsən hərdən bağa da.Bircə meyvələrə baxırsan, ey dost,Sən göz qoy arabir bu torpağa da.
Torpağa qulluq et, yoxsa nə çıxar,Min dəfə budağa, gülə baxmaqdan?Budaqlar gövdədən, gövdə köklərdən,Köklər də can alır qara torpaqdan.
Məni kim tanımır, görməyən kimdir?Öyünmək bilmirəm, demirəm ağam.Özüm kağız kimi ağ olmasam da,Üzləri ağardan qara torpağam.
Kitabxana.az · https://kitabxana.az/works/osman-sarivelli-qara-torpaq-2
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · Vətən
Yaşa, yaşa, Azərbaycanım, yaşa,Sənsən mənim dinü imanım, yaşa!
Bir bikəsi-zarəm, vətənimdə vətənim yoxBir bikəsi-zarəm, vətənimdə vətənim yox,Bir bülbüli-bibalu pərəm, vay, cəmənim yox!
Çoban türküsüAçmasın çiçəklər, gülməsin güllər,Ötüşməsin şirin dilli bülbüllər,
Təraneyi-əhrarənəCahan yeksər münəvvər oldu nuri-ədlü ra'fətdən,Bizik məhrum olan yalnız bu feyzi-adəmiyyətdən,