Ellər bilir yaranandan bağlıdırÖmrüm boyu meylim sənə, bənövşə.Yaman aldın əzəl başdan əqlimi,Neylim sənə, neylim sənə, bənövşə!?

Çəkilir torpaqdan qışın ayazı,Bizə qonaq gəlir ellərin yazı.Mən səni min dəfə görmüşəm azı,Görmək istəyirəm yenə, bənövşə.

Dinlə məni, ey həmdəmim, sözüm var!Bəlkə sənə xoş gəlməyir mahnılar.Şair əhli gözəllərə söz qoşar,Fikir vermə mən deyənə, bənövşə.

Bahar çağı sərin yellər əsəndə,Uçan xəyalım tapıram səndə.Vaqif bu dünyadan köçüb gedəndə,O səni tapşırdı mənə, bənövşə.

Gördüm əl uzadır sənə hər yetən,Tezcə özüm dərdim, heyif körpəsən...Min bir dəmət borcluyam hələ mənBu ölkəyə, bu vətənə, bənövşə.Livadiya, 1939

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Təbiət və bahar