Vəfasız oldu
Sahil, qumlu sahil qaldı uzaqda,Dəniz, qədim dostum çəkildi getdi.Uçan dalğaların göy yalmanındaÜzdü qağayılar, gözümdən itdi.
Dəniz guruldayır, sahil səslənir,Sular bir məqamda durmayır bir an,Bayaq quzu kimi yatırdı... indiTəlatüm, çarpışma, ayrılıq, hicran...
Gümüş dalğalarda yosunlar yuyub,İpək saçlarım darayır hərdən.Qoca kainatın min bir sirri var,Gəl baş tap dünyanın işdəklərindən.
Külək hardan əsdi, hansı tərəfdən,Dalğalar yenidən çəkildi səflə,Yosunlar öz ipək saçını yoldu.Cavabsız bir sual qaldı başımda –Sahilmi dənizi qəbul etmədi,Dənizmi sahilə vəfasız oldu?..
Kitabxana.az · https://kitabxana.az/works/osman-sarivelli-vefasiz-oldu
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · Hicran
خون جگر آمد آب کردش
Molla Əsədulla Faiq təxəllüsünəCənabından yana intizardıq,İstərdik bilək keyfiyyəti-hal,
Tökər səndən ayrı, ey çeşmi xumarTökər səndən ayrı, ey çeşmi xumar,Gecə-cündüz əşki-ali gözlərim.
Biriniz buraya gəlin bu axşamBiriniz buraya gəlin bu axşam,Başım sığal üçün qəribsəyibdir,