Hər kəsin taleyi öz əlindədir,Bunu xatırlayaq gərək biz müdam.Özü yaradandır, özü qurandır,Bu həyatda hər bir işgüzar adam.

Köməyi hər zaman ondan umursan,Deyirsən, qadirdir, vahiddir, təkdir.Gözləmə ki, sənin əyri işini,Gəlib fələk özü düzəldəcəkdir.

Yaxşı işimizlə düzəlir bizimOlan səhvimiz də, “günahımız” da,Daha fələklərdən kömək ummuruq,Bəndəmiz də bizik, allahımız da...

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Fələk və tale