Şənlik mahnısı
Ömür kitabının ağlı qaralı,Yazılı, yazısız varaqları var.Baxdım bir-birinə heç oxşamayır,Eyni bir kitabda olsa da onlar.
Gün var ki, heç yada salmağa dəyməz,Gün var ki, ağ günə çıxarır bizi.Gün var ki, günlərin düşür önünə,Bir qızıl sabaha aparır bizi.
Belə gün hər kəsə qismət olmayır,Kürəmiz çox da ki dolanır dönür.Bayram yaz gününə düşəndə, həminO günün özü də bayrama dönür.
Ucalır zirvəsi qarlı dağlar tək,Qəlbimdə əzəmət, vüqar, ehtişam. –Qanım ona görə belə coşur ki,Bağlarda yasəmən ətri duymuşam.
Keçən il küsdürdüm, şeir yazmadım,Bu il mən baharla barışam gərək!Yaşıl sahil boyu uzanıb gedən,Uzun cərgələrə qarışam gərək!
Bir köhnə dostumdan uzaqlaşıram,O məni çox sevir, ata bilməyir, –Qocalıq arxamca sürünür, lakinYüyürür-yıxılır, çata bilməyir.
Əlləri bayraqlı, döşləri güllü,Gümrah cavanlara çatmasam olmaz!Öz dostluq nəğməmi, şənlik mahnımıXalqın gur səsinə qatmasam olmaz!..
Kitabxana.az · https://kitabxana.az/works/osman-sarivelli-senlik-mahnisi
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
Barilaha, zati-pakın eşqinə,Heç mərdi namərdə eyləmə möhtac,
Bu, Məcnun atasının tərki-niza etdigidir və naçar həsrətlə vida etdigidir"K'ey rişteyi-gövhəri-muradım!Ayineyi-hüsni-e'tiqadım!
KəklikCanım kəklik gözüm kəklikYerişin yarıma bənzər
TəcnisMüshəf cəmalından yay qaşlarındanOxudum bir kəlmə ayə, mən dilbər,