Gətir oğlum, gətir!
(Balaca Babəkə)
I
Düşündüyüm zaman otağımda tək,Mənə hey baxırsan gülümsəyərəkBilmədim, ey körpəm, mənası nədir? –O şeytan gözlərin gözlərimdədir.İstərəm şəfqətlə hər səhər, axşam,Əsmər saçlarını sevəm, oxşayam.Tumbul əllərini əlimə almaq,Baxıb gözlərinə xəyala dalmaq.Şirin olmazdımı şair atana?!Quş kimi üstümə qanadlansana!Öpmək istəyirəm yanaqlarından,Titrək dodaqlarım lakin hər zaman,Soyuq bir kağıza toxunub dönür,Sevinc ümidlərim gözümdə sönür...
Evə dönən zaman qaşqabaqlı mən,Fərəhlə üstümə atılıb həmənKöksümə qonardın... Qəmim vardımı?Qolların boynuma dolanardımı?Soruşdum, dinmədin, mənə söylə, sən,Bəlkə bu əksindir, özün deyilsən?..
II
Mən kənddə doğuldum, sənsə şəhərdə,Sən beşikdə yatdın mənsə yəhərdə.Yatdım boz otlaqda boz dovşan kimi...Gözümüz dünyaya açılan kimiMən çomaq götürdüm, sən kağız, qələm,Çomaq bir aləmdir, qələm bir aləm...
Dolandı sənələr, dolandı aylarGah dondu, gah coşdu, bulandı çaylar.Zaman hökm elədi... Bir qərib axşam,Yolun məskənimə düşdü nagahan.Səni oğul kimi o yerdə mənsizBağrına basdımı ana kəndimiz?Xoşuna gəldimi Kürün kənarı?Gördünmü, gördünmü göy çinarları?Mahnı deyə-deyə mənimtək, hər günÜstünə çıxdınmı Qızıl körpünün?Oradan Xramı süzdünmü məğrur?Dəli burulğanlar vurhay burulur,Odur hey dolanır bayaqdan bəri.Girdablar içində saman çöpləri...Onları seyr edib düşündükcə sən,Batıb burulğana itir gözündən...Həyatın da belə girdabları var.Qərq olur üzməyi bacarmayanlar!..
III
Demə uzaqdasan, qaçdın gözümdən,Hər zaman kəndimin içindəyəm mən.Görürəm, səfalı bir yaz axşamı,Çinarın dibinə yığışır hamı.Oğlanlar gümrahdır, qızlar təzə-tər,Bayram paltarını geyib gəlinlər –Bu saz məclisindən olanlar halı –Kəndin ağsaqqalı, qarasaqqalıOraya toplanıb... Sən də bu axşam,Orda uşaqların arasındasan.Məclis maraqlıdır... nə səmir, nə səs...Oturub maraqla dinləyir hər kəs.Ortada vüqarla aşıq gəzişir,Danışır arabir, deyir arabir.Bir qoca yerindən səslənir bu an:– Aşıq, bir nağıl de, səsinə qurban!Hamı vəcdə gəlir... Bu məsləhətiBəyənib dəyişir aşıq söhbəti;Bir dastan başlayır coşqun həvəslə,Min yerdə xal vurur yanıqlı səslə.Aşıq ürəkləri simə bağlayır,Pərdələr gah gülür, gah da ağlayır.Tellərə dəydikcə yanıqlı mizrab,Sinələr köz olur; ürəklər kabab.Aşıq sədəflərdə bükdükcə simi,Məclis dalğalanır bir dəniz kimi...Yaydıqca nəğməni çöllərə rüzgar,Xəyal aləminə uçur xəyallar...Qaranlıq qarışır... gözündə bəzən,Sehrli səhnələr yaranır birdən;Bax odur, qullara qatırlar səni,Zəncilər yurdunda satırlar səni......Qürbətdə hər kəsdən əzizdir ana –Qaçmaq istəyirsən doğma yurduna.Biri qollarından tutub sürüyür...Birdən yamacları yanğın bürüyür –Alovlar dilini uzadır sənə,Qaçırsan... dalından yetişir yenə.Mələk nazil olur bu anda göydən,Qərib qanadını yerlərə həmən.Sənə bir əfsunlu tilsim yetirir...Dənizlər kükrəyib odu keçirir.Lakin, əjdər olur suda hər yosunSəni əjdahalar istəyir udsun,İldırım qılıncın qınından çıxır,Göylər guruldayır, şimşəklər çaxır.Gözlərində alov, başında dumanYolun bir meşəyə düşür nagahan...Tökülür üstünə qaplan, pələng, şir,Ağaca çıxırsan... ağacda didirMeşə yapalağı, meşə bayquşu,
Yetir harayına tez humayquşu.Gəlir dar günündə köməyin, gəlir,Səni şəhərinə alıb yüksəlir.Quzum! Nağılları dinlədikcə sənSöylə, sıxıldınmı bu səhnələrdən?Xeyir, laqeydsən görürəm bir az,Sənə ucuz gəlir bu söhbət, bu saz.Çəkilib durursan gülümsəyərək...Saz oyun deyildir, düşündüyüntək!..Onda “Kərəmi” var, onda “Cəngi” var,Hər simdə bir əsrin öz ahəngi var.Titrəyən hər ağ sim, çınlayan hər səs,Hər şirin zəngulə, hər şirin nəfəsBizə yadigardır əcdadımızdan.Ellərin qəlbindən qopduğu zamanO bəzən yüksəlir, bəzən alçalır,Hər pərdə bir dövrün dərdini çalır...Xalqın əzəməti, fikri, xəyalı,Onun hissi, zövqü, ağlı, kamalıSanma bir qılıncda, bir hünərdədir,Onlar bu sazlarda, bu sözlərdədir!..Bu günün qəlbinə girmək istəsən,Durduğun pillədən hələ bir az en.En! Uçan alçalar, enən ucalar,En! Yerin tərkində xəzinələr var.Demə, “köhnə sözün mənası nədir?”Hər söz, anlayana bir qərinədir!..Bir günün hökmündən yaranır min il,Bir kiçik qətrədən törəyir bir fil.Hər fikir mülkündə zərrin tac yatır,Hər meyvə tumunda bir ağac yatır.Hər kiçik bayatı xalqın səsidir,Kamal dünyasının xəzinəsidir.Nağıllar dərindir, bir ümman kimi;Xəyal göylərində uç tərlan kimi!“Boş əfsanələr” də həqiqət axtar!Sən axtar, çəkinmə axtaran tapar!..
IV
Durma, qonaq kimi doğma elində;Odur, görürsənmi, dağın belindəTəkcə bir ağac var – armud ağacı.Onun yarpağıdır başımın tacı.Onu mən basdırdım öz əllərimlə –Suvardım, bitirdim əməllərimlə.Onunla yanaşı bir şitil basdır,Qoyma gələn ilə, get bu il basdırGünbəgün boy atıb göylərə uzun,Onlar bizim kimi yanaşı dursun..
V
Hər kiçik böcəyin adı var, quzum,Hər meyvənin ayrı dadı var, quzum.Ana təbiəti duyub dərindən,Bu qoca dünyanın sirrini öyrən.Üfüqlər al geysə, şəfəqlər əlvan,Yaxşı bax, seçə bil rəngi boyadan...Harda qırov durur, harda şeh dururGöyün qurşağında neçə zeh durur?..Nə zaman qar yağır, nə zaman dolu?Nə zaman sel qopur, uçurur yolu?Aşıqlar nə zaman aşıb-daşırlar?Nə zaman yarpaqlar pıçıldaşırlar!..
VI
Bahar gecələri enib sahilə,Uçan ləpələrin səsini dinlə!Gümüş dalğalarda Ay baxan zamanDüşün, gör nə deyir çay, axan zaman?Onun da dili var, quzum, danışdır!O çayda hər damla mənə tanışdır;Hər zərrə dünyanı dövr edib, inan,
Gəlib milyon dəfə keçmiş yanımdan.Bəlkə o sahili məskən edərkən,Min dəfə içmişəm hər damlanı mən...Dəli dalğaların belindən aşdım,Üzən gəmilərə üzüb yanaşdım.Qanadım çaylardan aldı hünəri,Ah, duya bilsəydim bu hikmətləri!..
VII
Kəndin kənarında səhər çağları,Məni bir anlığa andınmı, barı.Girib arasına yaşıl otların?..Odur, görürsənmi ağ huludlarınBəyaz yanağında qara xal süzür,Xal deyil, vüqarlı bir qartal süzür.Qəlbin qoy həsədlə etməsin qübar,Qartaldan yüksəkdə uçanlar da var:Onlar öz ilhamım, öz xəyalımdır –Bu mənim Günəşlə ilk vüsalımdır!Quzum, könlüm kimi uçmaq istəsən,Əzəl yaxşı bağlan bu torpağa sən!..
VIII
Bunlar xatirədir... Qızarırdı dan...Yarıb naxırları, qonşu naxırdan.Hayqıra-hayqıra dırmaşıb dağa,Torpağı başına sovuran buğa.Hampıllı bir kəllə üz-üzə gəldiTez buynuz-buynuza, diz-dizə gəldiElə bil, yerindən oynadı hər yanYerlərdən od qopdu, göylərdən duman.Bulandı gözləri gur bulaqlarınƏkildi şum kimi, döşü dağların.Getdikcə təpəlin buynuzu qızdı –Qızdı qara kəlin buynuzu, qızdı,Bir kəllə endirdi, çəkmədi bir an
Buğa yuvarlandı boz qayalardan.Quzum, bu misaldır, başa düş məni,Döyüşə girməmiş yoxla kəlləni!!!
IX
Mən də o yerləri gəzdim bir zaman,Min xatirəm vardır uşaqlığımdan.Elə sənin kimi uşaq idik biz,Gəlin köçürürdü bir gün kəndimiz.Qəlbi döyünürdü bütün elatın...Sindi yalmanına cavanlar atın;Buraxıb cilovu, nə qədər ki, var,Quş kimi yanaşı uçuşurdular.Lakin alınmışdı toyun nəməri,Bizim qonşu kənddən azacıq bəriTozanaq gəlirdi, xeyir, yəqin bil.O bir atlı idi, tozanaq deyil:Gümüş qantarğalı, gümüş yəhərli,Yalmanı köpüklü, sarğısı tərli.Boynunda kəlağay, döşündə nəmər,Cıdır meydanında süzən bir kəhərİnan ki, çıxmamış hələ yadımdan.Oğul, bu yerlərə döndüyün zamanŞərəfli ad qoyub elində, qayıt,O dəli köhlənin belində qayıt!Qəlbin təbiətə uyarsa, gətir, –Gətir, çox sevdiyim nə varsa, gətir!Mən, gətir, söylədim, bəlkə heç bu günBurda nə kənd lazım, nə də köhlən at,Fəqət öz qəlbində, xalqımız üçünFaydalı nə varsa, onu sev, yaşat!
X
Günlər keçirmişəm ağlı-qaralı;Bəzən gülərüzlü, bəzən yaralı.Yazı qəm çəkmişəm, qışı əziyyət,
Mənə qəsd eləyib bəzən təbiətDonmuş əllərimi oda vermədi;Kaşanə istədim, o da vermədi.Simü-zər dilədim, axça vermədi.Gülüstan dilədim, bağça vermədi.Mal-dövlət istədim, mənə vermədi.Bir nemət istədim, yenə vermədi.Bircə könül verdi, mənə o yerlər,Odur ki, adıma şair deyirlər –Şer məclisində sevirlər məni...Lakin, nə ad məni, nə hünər məniƏsir eyləmədi... əsir olma heç!Sən adı, şöhrəti ayaqlayıb keç!Bircə könül gətir dönüb gələndə,O böyük qəlbinlə fəxr edim mən də!..
XI
Bir gün bu yerlərə dönüb gələrkən,Topla, xumar gözlü bənövşələrdən!Bir az gecikdinmi, nanə, üzərrik,Özəkli baldırğan, çiçəkli yemlik,Kişniş, kəklikotu, çobanəppəyi,Lalə, xoruzgülü, qaymaqçiçəyi,Qulançar, quzqulaq, tərə, göbələk,Albalı, qarağat, moruq, çiyələk,Bunlar şirin nemət, şirin diləkdir,Sevməyən sevməsin, mənə gərəkdir!..
XII
Hər yerin öz gücü, öz qüvvəti var,Bir ovuc torpağın min neməti var.Qara qoç, boz qoyun, göy təpəl quzu...Ağ ceyran dırnağı, maral buynuzu.Qırqovul quyruğu, tovuz lələyi,Bir aslan pəncəsi, bir şir biləyi,İti qırğı gözü, tərlan qanadı,Min bir çiçək adı, min bir gül adı...Ötürmə bunları, quzum, sən gətir,Bilməz bu neməti hər yetən, gətir!!!
XIII
Kömürdən almaz çək, yarpaqdan ipək,Daşdan gövhər çıxart, buluddan şimşək.Gətir, ildırımın məğrur səsini,Qumru bulaqların zümzüməsini.Zəmilərdən, sünbül, bağçalardan bar,Dərələrdən vüsət, dağlardan vüqar...Özünlə çiçəkli, güllü yaz gətir,Bir aşıq mahnısı, bir də saz gətir!Gətir, yollarına müntəzirəm mən!Gətir, bu fürsəti vermə əlindən!Ana yurdumuzun nəyi var gətir –Məhəbbət, sədaqət, etibar gətir!..Bakı, aprel, 1943
Kitabxana.az · https://kitabxana.az/works/osman-sarivelli-getir-oglum-getir
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
Mən fələyin şərbətini içmişəm,Həmdəm olan, gəl halımı gör nədir,
Sünbül saçın gül yüzünə çünkim niqab olur, şəhaSünbül saçın gül yüzünə çünkim niqab olur, şəha,Pünhan olan gözün ol dəm şol afitab olur, şəha,
ÇeşməkBir zaman şəmsdən alurdı mənim bac gözüm,Nuri-xurşidə salurdı necə tarac gözüm
Dərbəndli AğabəyəEy əzizim, bu qədər raği-həmam olma,Mərdümi-qafil, tənpərvər və əyyam olma.