Qara, zərli tükü var,Gün düşəndə parıldar.Budağa qonub odur,Şaqqıldayıb oxuyur.Sığırçındır həmin quş,Ağacda yuva qurmuş.

O yuvadan qaçanda,Uzaqlara uçanda,Göyə baxıb hər zamanCivildəşir acından.Boynu yoluq balalar,Gözləyirlər biqərar.

Ana bunu bilirmi,Gəlir ildırım kimi.Dövrə vurub havada,Qərar tutur yuvada...Nə isə dimdikləyir,Balaları yemləyir.

Elə ki, bu körpələrYeyirlər, yemlənirlərBuna şad olur ana.Yenə gəlir cövlana...Budağa qonub, odurŞirin-şirin oxuyur.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri