Səhərdən bəridirTelefonçu qızXəbərlərin canlı açarıbarmaqlarınıaramsızGəzdirir düymələrdə.Gəzdirirbir-bir...Efir doludur.Bəzən yad səsYad səsiə görüşür.Bəzən sevincKədərlə düyün düşür.Efirdə müxtəlif dillərinAnlaşılmaz polifoniyası.Qucaqlaşan polyar qışı,Cənub yazı.

Bir-birinə qarışmışşəhərlərin,kəndlərinburulğanı.Gah ürək,gah şəhər,gah dəniz adlıplanetlərinDağınıq karvanı.Qız həmişə xəbərlərinistisindən, soyuğundanÇırpınan barmaqlarıylaÇalır düymələri.Səhərdən bəriYol axtarır səslərkosmosundan keçiribTanımadığı bir qız səsini,Yetirsin bir şəhərə.Yetirsin o yerəEfir kimi dolu qəlbinSaf sevgisini.Çünki oğlanköçməlidir harasa,O, bir cavab almamışkönül açıb qıza.Birdən təbəssümAy kimi doğur üzündə.Gözlərindən uçur qəm.Eşidilir cürbəcür xəbərlərlə"Sputnik" siqnalı iləDövlət əhəmiyyətliBir səslə yanaşı:Sevirəm!Sevirəm!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri