Sənin
Dünyadan nə qədər Ariflər gedib,Hələ çox cavandı Arifin sənin.Xoş gündə, dar gündə sənə arxaydı,Könlünə hayandı Arifin sənin.
Amansız əlini uzatdı kədər,Çəkdiyin əməyin getdi çox hədər.Davamsız olurmuş körpə sərvlər,Əziz, mehribandı Arifin sənin.
Neyləyək, vəfası budur dünyanın,Alışıb yanmasın daha qoy canın.Gələcək günüydü Azərbaycanın,Özü bir cahandı Arifin sənin.
Mənim bir arzumu salıb yadına,Sözdən bir abidə ucalt adına.Qoy şair ilhamı çatsın dadına,Nə yaxşı oğlandı Arifin sənin.
Yurdumun gəncini təsvirə başla,Nurlu xəyalları işıqlar saçsın.Səni incitdimsə məni bağışla,Axı şirin candı Arifin sənin.7-8 aprel, 1977
Kitabxana.az · https://kitabxana.az/works/nigar-refibeyli-senin
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · Hikmət və nəsihət
Yenə qanla dolmuş afaqın,Canavar gözlərində kin parlar.
Uşaqdır ("Ay başı daşdı kişi, dinmə, uşaqdır uşağım!")Ay başı daşdı kişi, dinmə, uşaqdır uşağım!Nə ədəb vaxtıdı, qoy söysün, ufaqdır uşağım!
Xudu Məmmədovun xatirəsinəOna vaxtsız əcəl vermədi aman,Yandı ulduz kimi tez batmaq üçün.
Nə bilsinAy üstə, gün üstə söyləyən aşıq,Türkünü bilməyən, farsı nə bilsin.