Kaş ki bu dünyanın kədəri, yası,Bir boz duman kimi uçub gedəydi.İnsan iztirabı, insan ağrısıGöydə bulud kimi qaçıb gedəydi.

Göydən nur yağaydı, yerdən bərəkət,Sevinc gətirəydi hər nazü-nemət.Hər uğurlu əməl, uğurlu niyyətGündə bir səhifə açıb gedəydi.

Günəş isidəydi ana torpağı,Şəfəqlər öpəydi otu, yarpağı.Narahat dünyaya hər axşamçağıGünəş işığını saçıb gedəydi.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri