Nə yaxşı dünyada vardır etibar,Dostluğun qırılmaz telləri vardır.Dünyanın bir yanı boran, çovğun, qar,Bir yanı çiçəkli, güllü bahardır.

İnsan ünsiyyəti, dost hərarətiQızdırar, isidər bütün varlığı.Çəkindirər bizi ümidsizlikdən,Dostun bircə sözü, bir xoş qılığı...

Dünya insanlarla gözəldir, əlbət,Dostluqla bəzənir Yer kürəmiz də.Nə yaxşı çirkaba düşmədik bir an,Təmiz duyğularla yaşadıq biz də.

Nə yaxşı dünyada vardır etibar,Dostluğun qırılmaz telləri vardır,Dünyanın bir üzü çovğun, boran, qar,Bir üzü çiçəkli, nurlu bahardır.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Təbiət və bahar