Soyuq bulaq, Soyuq bulaq,Gəl sinəmin üstündən ax!Meşələrin qoynunda sənBizdən gizlənmisən nahaq.

Meşələrin qoynu sərin,Həm durusan, həm də dərin,Sənə qonaq gələnlərinSirdaşısan, Soyuq bulaq,Gəl sinəmin üstündən ax!

Yar üstündən keçməsəydi,Əyilib su içməsəydi,Sən qanrılıb baxmaz idin,Şırıl-şırıl axmaz idin,Soyuq bulaq, soyuq bulaq,Gəl sinəmin üstündən ax!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri