Yaqut, inci gətirdin,Sən birinci gətirdinMənə hədiyyələri.Gözünə qurban olum,Gözümdə yoxdur mənimDaş-qaşların dəyəri.Mənə üfüqləri ver,Ətirli səhəri ver,Göy dənizi bağışla –Üstündən üzüm keçim,Çölü, düzü bağışla –Qırğıtək süzüm keçim.Mənə dağ zirvəsi ver,Qartal, qumru səsi ver,Geniş göy, saf hava ver,Ürəyimə sevda ver.Ceyran-cüyür otlayanYaşıl bir çöl bağışla,Bir də dağlar qoynundaHəzin-həzin uyuyanZümrüd bir göl bağışla.Gözümdə yoxdur mənimDaş-qaşların dəyəri;Mənə üfüqləri ver,Bir də günəş ətirliAydın səhərləri ver...

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri