Qələm
Qoy yanımda olsun mənim yarağım,İgidin yarağı yanında gərək.Bəlkə ilham oldu gecə qonağım,Bəlkə bir sevdayla çırpındı ürək.
Qələmim olmasa yaza bilmərəm,Bir gün ondan ayrı dözə bilmərəm.Göydə laçın kimi süzə bilmərəm,Ömrün yollarından bərabər keçək.
Bircə qələm oldu mənim zinətim,Bəzəyim-düzəyim, zövqüm, şöhrətim.Həyatda hər arzum, hər xoş niyyətim,Ömür badəsini biz qoşa içək!
Kitabxana.az · https://kitabxana.az/works/nigar-refibeyli-qelem
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
Allahdan qorxub bir insaf edin,Az incidin bizi, sarı sərçələr,
EyləməzAşiqin yar istəsə halın pərişan eyləməz,Aşiqə meyl etməyib xarin fəravan eyləməz.
Pərtövi-hüsni-cəmalın aləmi pürnur edərPərtövi-hüsni-cəmalın aləmi pürnur edər,Əhsəni-vəchi-xəyalın adəmi məsrur edər.
Yerləri bürüyüb ağappaq cunaYerləri bürüyüb ağappaq cuna,Göylər də bağlayıb buz, sular kimi