Bülbül, fəğan etmə bu gecəyarı,Şirin yuxudadır hələ nazlı gül,Könüldə məhəbbət oyanmamışsa,Fəğanla oyatmaq olarmı, bülbül?

Qızılgül şahıdır bütün güllərin,O hələ qönçədir, yuxusu dərin,Ona oxşayanda meh sərin-sərin,Səbrinin kasası dolarmı, bülbül?

Gözəl bir ölkənin şən bülbülüsən,Heyran eləmisən qönçə gülü sən,Ellərin mehriban, şirin dilisən,Sevimli nəğməkar ağlarmı, bülbül?

Mənim də yurdumun bir Bülbülü var,Səsi bülbül səsi, qəlbi sənətkar,Həzin nəğməsində gülümsər bahar,Ona ilham verən baharmı, bülbül?

Ona çatan yoxdur hələ sənətdə,Şirin nəğmələrə saf məhəbbətdə.Dost, yar-yoldaşa xoş bir ülfətdəSəninlə bağlamış ilqarmı, bülbül?

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Təbiət və bahar