Durnalar qayıdanda
Bahar yuxusundan oyadır yeri,Artıq könül sıxmır çəndə, dumanda,Durnalar qayıdanda.Nə qədər arzular qayıdır geri,Durnalar qayıdanda.
Bahar yer üzünün sevinc ayıdır,Bulaqlar qaynayır elə bil qanda,Durnalar qayıdanda.Çiçəklər qayıdır, güllər qayıdır,Durnalar qayıdanda.
Açır gözlərini dağın laləsi,Nərgiz də üzünə gülür aranda,Durnalar qayıdanda.Qayıdır çayların şaqraq nəğməsi,Durnalar qayıdanda.
Bu gün bir canlıyam, sabah torpağam,Gör nələr düşünür insan cahanda,Durnalar qayıdanda.Elə bil dünyaya qayıdacağam,Durnalar qayıdanda.Hər bahar qayıdanda!
Kitabxana.az · https://kitabxana.az/works/nebi-xezri-durnalar-qayidanda
← → düymələri ilə keçid, R — təsadüfi şeir