Zaman dövr elədikcə
Hökmü fərma olanın,hökmü rəvan gərəkdir,Nəyə lazım kükrəyib,sellər kimi çağlamaq?Bil, haqsızlıq haqsızabəla gətirəcəkdir,Bir də böyük bəladır —qəzəbə bel bağlamaq.
Hər insanı uca gör,öz obanda, elində.Nədir kimi sevməkçin,kiməsə kin saxlamaq?Qəddarlıq kor qılıncdırhökmdarlar əlindəSahibinə dağ çəkərsinələri dağlamaq!
Tərif atı yeyindir,qürur atı ceydaraq,Yaraşarmı qüruruhaqsızlıqla haqlamaq!Qarşıya çıxacaqdırdərin dərə, uca dağ...Ancaq çəmənə baxma,qar tökən dağına bax!
Coşqun tufana dönür,ədalətin gur səsi,Evlər yıxdın,yıxıldın,faydasızdır ağlamaq!Qan-qadalı yolundanZaman saxlar hər kəsi,Kim, bacarmış ZamanıÖz yolundan saxlamaq?21 avqust 1999
Kitabxana.az · https://kitabxana.az/works/nebi-xezri-zaman-dovr-eledikce
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
Övrət almaq, boşlamaq, övlada ad qoymaq kimiNəsnələrdən ücrət almaqçın Qazan mollaları
İlk baharNəğmə sərgisidi bahar bayramı,Sevinclə, sevgiylə boyanıb üzlər.
Təcnis: Ey sevdiyim, məni astanəndənEy sevdiyim, məni astanəndənAyrı saldı sək sifətlü Qarabağ
ای بی خبر ز منزل و پیش آهنگدور از تو همرهان تو صد فرسنگ