O səs, əsrlərdən gəlir elə bil.O səs, necə uzaq, necə də kövrək.Əsir o qocanın ürəyi tel-tel,Cavansa dinləyir gülümsəyərək.

Birinin çiynində bir əsrin yükü,Qalıb əl çatmayan dünəndə həyat.Biri saya almır-heç yeri, göyüƏmrilə dövr edir sanki kainat!

Biri salamlayır Günəşi, Ayı,Birinin gözündə sönən bir çıraq....Qoca elə bilir cavan olmayıb,Cavan elə bilir qocalmayacaq!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri