Yat gözümün qarası,Ciyərimin parası,Laylay ürəyim laylay,Arxam, dirəyim laylay.

Göydə bulud sovuşsun,Kirpiklərin qovuşsun.Laylay quzum a laylay,İki gözüm a laylay.

Sən nə şirin balasan,Görüm yüz il qalasan!Laylay baharım laylay.Laylay nübarım laylay.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Təbiət və bahar