Əli Kərimə

Üzlərə qonubdurBir qərib təbəssüm,Gözlərdə donubdurBir qərib təbəssüm.Qəlbimdə bir haylı,HaraylıSükut var.Çağıran,hayqıranBir ayrı sükut var.Üstü daş düzülüBir məzar görürəm,Dostlardan küsülüBir məzar görürəm.A torpaq, qoynundaUyuyan o kimdir?O məzar, çinarsız,Deyərdim yetimdir,Laylatək səslənərÇinarlar, çinarlar,

Əziz bir körpəniAnarlar çinarlar.— Tez gedib, tez gəldin —Deyərlər çinarlar!Anatək ona başəyərlər çinarlar!...Bir dinən ürəkdiro əsən küləklər,hardansa harasaTələsən küləklər.Hardasa bir gəlinÜç övlad böyüdür,Elə bil üç sirliKainat böyüdür.Könlümdə payız təkDumanlı sükut var,Yerdə də, göydə dəTufanlı sükut var....Qəlbimdə bir Əlinisgiliyaşayır,Qəlbimdə bir ƏliHeykəliYaşayır!...

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri