Ya mən deyiləm
Nə baxırsan gözü qanlı haramı?Sən deyən günahkar ya mən deyiləm.Hər şəhərin bir adı, bir sanı var,Mən Misir şəhriyəm, Yəmən deyiləm.
Yarın qapısında üz qan eylədim,Əl uzatdım, çəkdim üz qan eylədim,Bir könülə dəydim, yüz qan eylədim,Mən ki, bir kəs ilə yaman deyiləm.
Abbas ağlar, libasmı soydular,Zülm eyləyib qönçə gülün soydular,Hərcayilər qaş oynadıb soydular,Elə deyil, yarım, ya mən deyiləm.
Kitabxana.az · https://kitabxana.az/works/tufarqanli-ya-men-deyilem
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · Eşq
Bir qaç ərbabi-həya sizdə də var, bizdə de var.Hədəfi-tiri-qəza sizdə də var, bizdə də var.
LayıxdıSallanıb gedən salatın,Qaşın kamana layıxdı.
Bir-bir çəkMəni bir salatın dəvət elədi,Dedi: oğlan, al badanı bir-bir çək
GörmüşəmAy ata, can gedib, qalıbdı nəfəs,Bu nişanda belə yarı görmüşəm.