Sən doğulan gün
Göz açdı dünyaya səssiz-səmirsiz,Sən doğulan gün.Mənimçin doğuldun məndən xəbərsiz,Sən doğulan gün.
Yaşayır ömrümün baharı kimi,Sən doğulan gün.İllərin sapında mirvari kimi,Sən doğulan gün.
Həyatın gözəllik təmənnasıdır,Sən doğulan gün.Sevgi ümmanının ilk damlasıdır,Sən doğulan gün.
İllər üzüyünün qaşı sayılsın,Sən doğulan gün.Dünyanın məhəbbət yaşı sayılsın,Sən doğulan gün.
Kitabxana.az · https://kitabxana.az/works/nebi-xezri-sen-dogulan-gun
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
Hər mərdin könlündə bir imanı var,İmanı olmayan mərd ola bilməz.
DeyirKim gələrsə bu cahana lütfi-yəzdanam deyir,Pəhləvanam yer yüzündə əhli-colanam deyir
OlarHər yetən gözələ gözəl demərəm,Gözələ özgə bir əlamət olar.
UzaqSahiba, bir nəfərəm dövlətü izzətdən uzaq,Düşmüşəm şəhrdən avarə, vilayətdən uzaq.