Yolçu
Mən niyə doğuldumDünya üzündə?Bilmədim min qaya,Min uçurum var!Yer üstə ilk qədəmAtdığım gündə,Bilmədim bu qədərAğır yolum var!
İllər pərvazlandıAğ qanad kimi,Başım Aya dəydi,Ulduza dəydi.Yollar şahə qalxanKöhlən at kimi —Elə bil cilovuƏllərimdəydi.
Keçdi sərhədlərinLal məhvərindən,Ümmanlar qoynunaBaş vuran yollar.Sinəmin üstünəSərildi birdənGecə kəhkəşan təkAğaran yollar.
Dağlar dumanlıydı,Zirvə buluddu.Köksümdən axırdıSöz düzüm-düzüm.Yolu dolu vurdu,Yolu buz tutdu,Yolsuz yollardan daYol tapdım özüm!
Bilmədim "dilənçi","Yolçu" sözləri,Nə üçün bənzərdirƏzəldən bəri?
Nə yollar yoruldu,Nə mən yoruldum,Ac ellər gördüm ki,Ah qalxdı göyə.Dilənçi olmadım,Mən yolçu oldum,Deyəsən az qalırDilənçiliyə!
28 avqust 1999
Kitabxana.az · https://kitabxana.az/works/nebi-xezri-yolcu
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
Etmə gəl öz kamını bir böylə virandan tələb!Etmə mətləb qönçəsin sən bağlı dövrandan tələb!
Təcnis: Rəxtin al geyimiş bağçaya gedirRəxtin al geyimiş bağçaya gedir,Başına götürmüş buta bağları,
Bir olaDörd dəvriş istərəm Əhmədi Ləzgi,Bütün bu dünya ilə başı bir ola.
Ey şahin cilvəlim, şunqar şivəlimEy şahin cilvəlim, şunqar şivəlim,Durna tək tellərin cığalanıbdır.