İrişmək hörmət deyil,səmimi söz hörmətdir.Dil deyən dəhşət deyil,ürək deyən dəhşətdir,Ah çəkmək həsrət deyil,dərdə dözmək həsrətdir.Bağırmaq cürət deyil,susan mərdlik, cürətdir.Hay-haray nifrət deyil,qisas almaq nifrətdir.Söz hələ qeyrət deyil,xeyirxah iş qeyrətdir.Bağırmaq şöhrət deyil,səssiz gələn şöhrətdir.Yığdığın sərvət deyil,payladığın sərvətdir.Vəsf etmək heyrət deyil,səcdə etmək heyrətdir....Dil deyən dəhşət deyil,ürək deyən dəhşətdir.

8 yanvar 1993

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri