Dost adına qara yaxanMüxənnətdən nə umarsan?Başın üstdə şimşək çaxanXəyanətdən nə umarsan?

Köhnə dəblər itib gedirŞair olmaq qəbahətdir.Şöhrət indi var-dövlətdir.Bu şöhrətdən nə umarsan?

Sev kimlərdə sevgi varsa,Lənət de, kim əhdi qırsa,Əskinasa satılırsa,Məhəbbətdən nə umarsan?

Min-min yalan eşitdim mən,Yox riyada vəfa görənHər gün dondan-dona girənHəqiqətdən nə umarsan?

Söz xalqdandır, zəhmət səndən,Arzu eldən, sənət səndən.Qeyrət umar millət səndən,Sən millətdən nə umarsan?

20 sentyabr 1997

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Vətən