Sevəsən
İnsanı sevəsən, ürəklər açıla,Torpağı sevəsən, çiçəklər açıla.Körpəni sevəsən, süzülə laylalar,Beşiyi sevəsən, bələklər açıla.
Gözündən içəsən, bulaqlar sevinə,Şirin söz deyəsən, dodaqlar sevinə.Zirvəyə çıxasan, Yaradan çağıra,Dağlara qalxasan, yaylaqlar sevinə.
Buludda şimşəyə, yağışa dönəsən,Çəməndə ilməyə, naxışa dönəsən.Baharı əlindən almaya təbiət,Nə payız görəsən, nə qışa dönəsən.
Vurulub sevəsən, gərilib sevəsən,Gül kimi torpağa sərilib sevəsən.Ay kimi batsan da gün kimi doğasan,Min ildən sonra da dirilib sevəsən!
Kitabxana.az · https://kitabxana.az/works/zelimxan-yaqub-sevesen
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Sən Günəş nurusan, qar işığısan,Yerdə yer, göydə göy yaraşığısan.
Bircə məni xatırlaÖmrü-günü uzun olsa həsrətin,Göz yaşında bir çiməni xatırla.
Qayıdaq əvvəlki xatirələrəBu gündən sabaha uzanmasın əl,Hələ sabahlara baş vurmayaq, gəl.
Gəlmişəm, qoynunda sığınacaq verƏzizim sinə-sinə,Çən gəlir sinə-sinə.
Başqa şairlərin şeirləri · Təbiət və bahar
Bağban qardaş mənim vəsfi halımı,İntizarlı yara de, gör nə deyir.
"Vətən bağı" al-əlvandır"Vətən bağı" al-əlvandır,Yox içində xarı bülbül.
Əziz elçi, könül yarı necədir?Əziz elçi, könül yarı necədir?Mən bimarın o nigarı necədir?
GəlmədiYenə bahar gəldi, növbahar oldu,Niyə mənim şux baharım gəlmədi?